Bu şərtlər və qaydalar ("Şərtlər") CheckLab platformasına giriş və istifadənizi tənzimləyir. CheckLab-dan istifadə etməklə siz bu şərtləri qəbul edir və razılaşdığınızı təsdiqləyirsiniz. Əgər şərtlərlə razı deyilsinizsə, platformadan istifadə etməməyinizi tövsiyə edirik.
Ümumi Şərtlər
-
Xidmətlərdən İstifadə: CheckLab vasitəsilə təqdim edilən xidmətlər yalnız şəxsi və qanuni məqsədlər üçün istifadə edilə bilər. İstifadəçi təqdim olunan məlumatların düzgünlüyünü və tamlığını təmin etməlidir.
-
Məlumatların Doğruluğu: Sifariş zamanı təqdim etdiyiniz məlumatların düzgün olmasına görə siz məsuliyyət daşıyırsınız. Yanlış və ya qeyri-dəqiq məlumatlardan qaynaqlanan problemlərə görə məsuliyyət daşımırıq.
-
Xidmətlərdə Dəyişiklik: CheckLab, təqdim olunan xidmətlərdə və ya şərtlərdə xəbərdarlıq etmədən dəyişiklik etmək hüququna malikdir.
Ödəniş və Qiymətləndirmə
-
Bütün xidmətlər üçün ödənişlər saytımızda qeyd olunan qiymətlər əsasında aparılır.
-
Ödənişlər sifariş təsdiqləndikdən sonra həyata keçirilir. Ödənişin uğurlu olması üçün siz təqdim etdiyiniz məlumatların düzgünlüyünü təmin etməlisiniz.
-
CheckLab ödəniş və ya sifariş sistemində texniki səhvlər səbəbindən qiymətlərin dəyişdirilməsi hüququna malikdir.
Sifarişin İmtinası və Ləğvi
-
CheckLab istənilən sifarişi ləğv etmək hüququnu özündə saxlayır. Bu, yanlış məlumat, qanunsuz məqsədlər və ya ödəniş problemləri səbəbindən baş verə bilər.
-
Sifarişinizi ləğv etmək istəyirsinizsə, bu barədə ən qısa zamanda bizimlə əlaqə saxlamalısınız.
Platformadan İstifadə
-
Məsuliyyət: CheckLab platformasından istifadə zamanı yaranan hər hansı bir texniki nasazlıq və ya məlumat itkisinə görə məsuliyyət daşımır.
-
Təhlükəsizlik: Platformada qeydiyyat məlumatlarınızı məxfi saxlamalısınız. Hesabınızdan icazəsiz istifadə hallarında dərhal bizimlə əlaqə saxlayın.
Məhdudiyyətlər
-
CheckLab xidmətlərindən yalnız qanuni məqsədlər üçün istifadə edilməlidir.
-
İstifadəçi platformanı sui-istifadə etmək, saxta məlumat təqdim etmək və ya qeyri-qanuni fəaliyyətlər üçün istifadə etməməlidir.
Məxfilik
Sizin şəxsi məlumatlarınızın qorunması ilə bağlı siyasətimizi Məxfilik Siyasəti bölməsində oxuya bilərsiniz. Platformamızdan istifadə etməklə bu siyasətlə razı olduğunuzu qəbul edirsiniz.
Əqli Mülkiyyət
Platformada təqdim olunan bütün məzmun, o cümlədən mətn, qrafik dizayn, loqolar və proqram təminatı CheckLab-a məxsusdur və müəllif hüquqları ilə qorunur. Bu materialların icazəsiz istifadəsi qadağandır.
Dəyişikliklər
CheckLab, Şərtlər və Qaydaları xəbərdarlıq etmədən yeniləmək hüququnu özündə saxlayır. Şərtlərdə dəyişikliklər olduqda, yenilənmiş versiya bu səhifədə yerləşdiriləcəkdir.